FİFA referisi Cüneyt Çakır AÇ-2016-nın pley-off matçına təyinat alıb.
Sportarena.az xəbər verir ki, Ukrayna - Sloveniya matçı Çakıra tapşırılıb. Bu matçda təcrübəli referiyə Bahattın Duran və Tarık Ongün yardımçı olacaq. Dördüncü hakim isə Mustafa Əmrə olacaq.
Qeyd edək ki, Sloveniya - Ukrayna görüşü 17 noyabr saat 23:45-də Sloveniyanın Maribor şəhərinin "Ljudski" stadionunda keçiriləcək.