(R) AAAF Parkdan 10 illik ilkin ödənişsiz “Yeni il kampaniyası”na start verildi!

23:44 13 Noyabr 2015

“AAAF Park” Yaşayış Kompleksi çoxsaylı müraciətləri nəzərə alaraq, yeni kampaniyaya start verdi! Kampaniyanın şərtlərinə görə dekabr ayının 31-nədək hər bir Azərbaycan vətəndaşı İLKİN ÖDƏNİŞSİZ,  10 illik ödəmə şərtləri və tək şəxsiyyət vəsiqəsi ilə mənzil əldə edə bilər.

“Yeni il Kampaniyasi” alıcılara İLKİN ÖDƏNİŞ ETMƏDƏN 10 illik ödəmə şərtləri ilə mənzil sahibi olma imkanı yaradır. Bu kampaniyaya əsasən, məs., 31.2 m² 1 otaqlı mənzilin dəyəri 10 illik daxili ödəmə şərtləri ilə, 29640 manat müəyyən edilir və məbləğ 120 aya bölünür. Müqavilə imzalandığı zaman ilkin olaraq 1% rəsmiləşdirmə xərci – 296 manat, borc məbləği isə 120 aya bölünərək, ayda 247 manat müəyyənləşdirilir. Bu kampaniya üzrə satışa çıxarılmış təmirsiz mənzillər 2,5-3 ilə təhvil veriləcəkdir.

Xatırladaq ki, yay aylarında ilkin ödənişsiz 60 aylıq şərtlərlə “Ramazan Kampaniyası” keçirilmişdi və yüzlərlə ailə bu kampaniyadan ev sahibi olmuşdu. Ev almaq üçün müraciət edənlər sırasında müddətin 60 ay deyil 120 ayadək uzadılması arzu olunurdu. Bu müraciətləri nəzərə alaraq, Yeni il ərəfəsində ilkin ödənişsiz 120 aylıq kampaniyaya start verdik. “Hər bir ailəyə ev nəsib olsun” diləyi ilə bu kampaniyanın da bir çox ailələrə sevinc gətirəcəyinə inanırıq.


Digər xəbərlər

Xəbər xətti