Tərlan Quliyev: "Yoldaşlıq görüşü olsa da, özümüzü göstərməliyik"

18:35 14 Noyabr 2015

"Təbii ki, futbolçunun milliyə çağırılması sevindiricidir. Bundan əvvəlki təlim-məşq toplanışlarına və seçmə mərhələnin matçlarına dəvət almışdım. Baş məşqçi Robert Prosineçki çempionat oyunlarını izləyir və məni yenidən yığmaya cəlb edib".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Kəpəz"in futbolçusu Tərlan Quliyev deyib. Noyabr 17-da Moldova ilə oyun üçün millinin düşərgəsində yer alan müdafiəçi klubun rəsmi saytına açıqlamasınnda qarşıdakı matçla bağlı fikirlərini açıqlayıb:

 

"Yoldaşlıq görüşü olsa da, biz elə belə oyunlarda özümüzü göstərməliyik. Meydanda şans verilsə, bacarığımı ortaya qoymaqla, etimadı doğrultmağa çalışacağam. Hazırlığımız da yaxşı gedir. Səylə məşq edirik, hər şey yaxşıdır”.

 

Xatırladaq ki, millinin düşərgəsində Tərlan Quliyevlə yanaşı, “Kəpəz”in daha bir üzvü Rəşad Eyyubov da yer alıb.


Digər xəbərlər

Xəbər xətti