"Fergüssona mənim üçün etdiyi hər şeyə görə təşəkkür edirəm."
Sportarena.az xəbər verir ki, bu sözləri "Real"ın ulduz futbolçusu Kriştiano Ronaldo jurnalistlərə açıqlamasında deyib:
"Mançester Yunayted"də çıxış etdiyim zamanlarda Çempionlar Liqasında çox önəmli bir oyunumuz var idi. Ona "atamı görməyə getməliyəm" dedim. O, komandanın aparıcı futbolçusu olmağıma baxmayaraq, mənə "eşit, şəxsi həyatın və ailən həyatındakı ən önəmli varlıqdır. Üç, dörd və ya 5 günlüyünə gedə bilərsən" söylədi. Həyatımın ən önəmli anlarından biri idi. Buna görə də Fergüssonun həmin jestini unuda bilmərəm. Çalışdığım ən yaxşı baş məşqçi odur".