Cüdoçularımız açıq Okeaniya kuboku uğrunda yarışı 5 medalla başa vurublar

01:04 15 Noyabr 2015

Avstraliyanın Vullonqonq şəhərində keçirilən cüdo üzrə açıq Okeaniya kuboku uğrunda yarışın ikinci günü Azərbaycan millisi üçün uğurlu olub.

Turnirin ikinci günündə daha 5 cüdoçumuz mübarizəyə qoşulub.

Turnirdə 90 kiloqram çəki dərəcəsində yarışan Məmmədəli Mehdiyev ilk olaraq amerikalı Tomas Karpı mübarizədən kənarlaşdırıb və daha sonra britaniyalı Corc Smiti məğlub edib. Cüdoçumuz yarımfinalda Əlcəzair təmsilçisi Abderəhman Benamadiyə şans verməyib və həlledici görüşdə isveçrəli Siril Qrosklaus üzərində qələbəni bayram edib. Beləliklə, Azərbaycan cüdoçusu turnirin qızıl medalını qazanıb.

Cüdoçumuz Uşanqi Kokaurinin (100 kq-dan yuxarı) də çıxışı uğurlu alınıb. O, ilk görüşdə tatami sahibi Liam Parkı, daha sonra estoniyalı Yuhan Metisi məğlub edib. Yarımfinalda isə daha bir Avstraliya təmsilçisi Cek Andrevartuya qalib gəlib. Lakin finalda U.Kokauri Əlcəzair cüdoçusu Amin Tayibə uduzaraq gümüş medalla kifayətlənib.

Bununla da Azərbaycan cüdoçuları açıq Okeaniya kuboku uğrunda yarışı 1 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurublar. 


Digər xəbərlər

Xəbər xətti