Elnur Məmmədov: "Xidmətlərinə görə Samir Əliyevə təşəkkür edirik"

13:48 15 Noyabr 2015

Bu gün “Neftçi” PFK-nın inzibati binasında klub rəhbərliyi və komanda üzvlərinin iştirakı ilə toplantı keçirilib. İclasda çıxış edən “Neftçi”nin icraçı direktoru Elnur Məmmədov komandadakı fəaliyyətinə görə Samir Əliyevə minnətdarlığını bildirərək, ona “Pro” kateqoriyalı məşqçilik kurslarında müvəffəqiyyətlər arzulayıb:
Elnur Məmmədov: “Samir Əliyev Müşahidə Şurasına müraciət edərək “Pro” kateqoriyalı kurslara qatılmaq istədiyini bildirdi. Məşqçinin qərarı klub rəhbərliyi tərəfindən də müsbət qarşılandı. Bu müddətdə “Neftçi”nin baş məşqçisi vəzifəsindəki xidmətlərinə görə Samir Əliyevə təşəkkür edirik. İnanırıq ki, Samir Əliyev ali məşqçilik kateqoriyasına da yiyələnəcək və gələcəkdə də “Neftçi” onun xidmətlərindən yararlanacaq. Əsgər Abdullayevə də təşəkkürümüzü bildiririk ki, Müşahidə Şurasının qərarını müsbət qarşıladı və bu işin məsuliyyətini öz üzərinə götürdü.”


Digər xəbərlər

Xəbər xətti