Bu gün “Neftçi” PFK-nın inzibati binasında klub rəhbərliyi və komanda üzvlərinin iştirakı ilə toplantı keçirilib.
Sportarena.az xəbər verir ki, "Neftçi"nin yeni baş məşqçisi Əsgər Abdullayev iclasda bu fikirlərlə çıxış edib:
“Samir Əliyev həm idmançı, həm də insani keyfiyyətləri ilə hər zaman seçilib. Səmimi deyirəm ki, onun xətrini övladım qədər istəyirəm. Rəhbərliyim altında oynayan vaxtlarında da Samir nümunəvi futbolçu olub. Mən Samirə məşqçilik təhsilində uğurlar arzulayıram. İstəyim odur ki, “Pro” kateqoriyasına yiyələnsin və yenidən “Neftçi”də onu baş məşqçi görüm.”