"Marsel"in yarımmüdafiəçisi Lassana Diara 2007-ci ildə "Arsenal"ı tərk etməklə düzgün iş gördüyünü düşünür.
"Topçular"ın heyətində cəmi 7 oyun keçirən futbolçu bunları deyib:
"Hər kəsə göstərdim ki, "Arsenal"dan getməkdə düzgün iş görmüşəm. Orda cəmi 5 ay oynadım. "Portsmut"da, sonra isə "Real"da oynadım. Səmimi deyin bu klublardan hansı daha böyükdür: "Arsenal", yoxsa "Real"? Məşqçilərdən ən yaxşı Harri Rednappla anlaşırdım. Mən "Portsmut"a gələndə mənə dedi: "Sən yaralı aslansan. Göstər onlara gücünü!".