Millimizin kapitanı: "Qələbə qazandıq, ancaq..."

23:33 15 Noyabr 2015

"Qrupdakı digər oyunun nəticəsi bizi çox da maraqlandırmırdı. Biz meydana qələbə qazanmaq üçün çıxmışdıq. Qarşımıza qoyulan vəzifə isə əlimizdən gələnin ən yaxşısını etmək idi".
Bu sözləri bu gün Avropa çempionatının təsnifat mərhələsi çərçivəsində  keçirilmiş Azərbaycan (U-19) - Bosniya və Herseqovina (U-19) matçından sonra millimizin kapitanı Bəhlul Mustafazadə deyib.
Matçdakı yeganə qolun müəllifi olan Mustafazadə qarşıya qoyulan vəzifənin öhdəsindən qismən gəldiklərini bildirib: "Qələbə qazandıq, ancaq hətta ikinci topu da vursaydıq, elit-mərhələyə Türkiyə yığması yüksələcəkdi, çünki onlar Ukraynaya qalib gəldi. Qrupdakı birinci oyundan fərqli olaraq, sonrakı iki oyunda göstərdikləri oyuna görə komanda yoldaşlarıma təşəkkür edirəm. Hər biri əlindən gələni etdi"

 


Digər xəbərlər

Xəbər xətti