Platini Parisdə baş verənləri "kor vəhşilik" adlandırıb

00:31 16 Noyabr 2015

Futbol fəaliyyətindən 2016-cı ilin yanvar ayınadək kənarlaşdırılan UEFA prezidenti Mişel Platini Parisdə törədilən terror aktları nəticəsində ölənlərin yaxınlarına başsağlığı verib.
 Platini baş verənləri "kor vəhşilik" adlandırıb.
"Mən bu kor vəhşilik aktları ilə bağlı dərin kədər və hiddətimi bildirmək istərdim. Həmçinin qurbanların yaxınlarına başsağlığı vermək istəyirəm və zərərçəkənlərin tezliklə sağalmasını diləyirəm", — deyə keçmiş fransız futbolçu bildirib.
Noyabrın 14-nə keçən gecə Fransanın paytaxtı Parisdə yeddi yerdə törədilən terror aktları nəticəsində 120-dən çox insan həyatını itirib, onlarla şəxs yaralanıb.(report)


Digər xəbərlər

Xəbər xətti