Mərakeşin Kasablanka şəhərində keçirilən sambo üzrə dünya çempionatına yekun vurulub. Sportarena.az xəbər verir ki, mundialın son günü Azərbaycan millisi daha bir gümüş medal qazanıb.
Yığmamızın üzvlərindən Cavidan Qarayev fəxri kürsünün ikinci pilləsinə qalxıb. 62 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz finalda İvan Aniskeviçə (Belarus) uduzub.
Bununla da mundialdakı medallarımızın sayı 3-ə çatıb. Qarayevdən öncə Amil Qasımov (74 kq) gümüş və Emil Həsənov (68 kq) bürünc medal qazanıblar.