AFFA 17 yaşadək futbolçulardan ibarət yığmamıza daha 2 legioner gətirir. Sportarena.az xəbər verir ki, "Trabzonspor"un gənc üzvləri Doğukan Öksüz və Murat Cem Akpınar millimizin şərəfini qoruyacaq.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. İddiaya görə, baş katib Elxan Məmmədov "Trabzonspor" rəsmisi Sədi Təkəlioğluna müraciət edərək, Öksüz ve Akpınar üçün danışıq aparıb.
Sözügedən oyunçuların Türkiyənin müvafiq yaş qruplarından ibarət yığmasına çağırılmama ehtimalını da nəzərə alan Təkəlioğlu təklifə müsbət cavab verib.