"Türkiyə yığmasından təklif gəlmədi, amma Azərbaycandan çağırdılar. Məşqçilərimlə məsləhətləşərək, dərhal qəbul etdim".
Sportarena.az xəbər verir ki, bu sözləri Türkiyə mətbuatına açıqlamasında U-17 yığmamıza cəlb olunan "Trabzonspor"un yarımmüdafiəçisi Murta Cem Akpınar deyib. Millimizin heyətində debüt edən futbolçu təəssüratlarını bölüşüb:
"Təklif gələndə həyəcanlandım. Səyahətlər yorucu olur, amma istədiyimiz işi görürük. Azərbaycanda bizi isti qarşıladılar, çox yaxşıdılar. Bir problem yaşamırıq".