Türkiyə mətbuatı millinin baş məşqçisi Fatih Terimin Azərbaycana gələcəyini yazıb.
Sportarena.az xəbər verir ki, qardaş ölkədən olan həmkarlarımız mütəxəssisin bu həftə ərzində Bakıya səfər edəcəyini bildiriblər.
İddiaya görə, Terim Türkiyə millisinin sabah Yunanıstanla keçirəcəyi yoldaşlıq matçından sonra bir açılış üçün Azərbaycana gələcək.