21 yaşadək futbolçular arasında "Avro-2017"nin seçmə mərhələsi çərçivəsində yığmamızla qarşılaşacaq Rusiya seçməsi Bakıya 20 futbolçu ilə gəlib.
Sportarena.az xəbər verir ki, onların arasında əslən azərbaycanlı hücumçu Ramil Şeydayev də var. İcarə əsasında "Rubin"də çıxış edən forvardın sabah millimizlə oyunda meydana çıxacağı gözlənilir.
Qeyd edək ki, Azərbaycan - Rusiya oyunu sabah saat 17.00-da "Bayıl Arena"da başlayacaq.