Azərbaycan və Moldova milli komandaları arasında yoldaşlıq oyununun hakimləri müəyyənləşib.
Sportarena.az xəbər verir ki, sabah Bakıda keçiriləcək qarşılaşmanı gürcüstanlı hakimlər idarə edəcək.
Bakı Olimpiya Stadionundajı görüşün baş hakimi Laşa Silaqava olacaq. Üç gürcüstanlının yer aldığı hakimlər briqadasında bir azərbaycanlı hakim də var.
17 noyabr
21:00. Azərbaycan – Moldova
Baş hakim: LaşaSiliqava
Baş hakimin köməkçiləri: Zaza Pipiya, David Çiqoqidze (hər üçü - Gürcüstan)
Dördüncü hakim: Rauf Cabbarov (Azərbaycan)
Bakı Olimpiya stadionu
Qeyd edək ki, Sliqava 2008-ci ildə Bakıda baş tutam Azərbaycan - Albaniya görüşünü idarə etmiş və bir sıra qalmaqallı qərarları ilə yadda qalmışdı.