"Məqsədimiz "Şəmkir"in əvvəlki şöhrətini qaytarmaqdır" - Fərid Hüseynov

14:19 16 Noyabr 2015

Birinci divizionda yüksək yerlər uğrunda mübarizəni davam etdirən “Şəmkir” Futbol Klubunun rayon ictimaiyyəti üçün təqdimatı keçirilib. Sportarena.az xəbər verir ki, tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov klubun yenidən formalaşdırılmasına töhvə vermiş hər kəsə təşəkkürünü bildirib, “Şəmkir”in şanlı tarixini bərpa edəcəyinə əminliyini vurğulayıb.

 

Şəmkirdə yaşayan müəssisə rəhbərləri, sahibkar, ziyallılar da klubun inkişafı üçün əllərindən gələni əsirgəməyəcəklərini bildirib. Klub prezidenti Fərid Hüseynov “Şəmkir” klubunda böyük işlər getdiyini, klubun gələcəkdə Azərbaycan Premyer Liqasında mübarizə aparması üçün əllərindən gələni edəcəklərini deyib: "Məqsədimiz "Şəmkir" klubunun əvvəlki şöhrətini qaytarmaqdır. Şəmkir təmsilçisi hər zaman iddialı klublar sırasında olub. Hazırda 1-ci divizionda mübarizə aparırıq, başlıca məqsəd yaxın gələcəkdə Premyer Liqaya qayıtmaqdan ibarətdir. Şəmkir fəalları və azarkeşlərin köməyi sayəsində biz komandaya əvvəlki əzəmətini qaytara bilərik".

 

Tədbirdə çıxış edən "Şəmkir" klubunun futbolçuları və məşqçi heyəti birinci divizionda çempionluq uğrunda mübarizəni sona qədər davam etdirəcəklərini bildirib.


Digər xəbərlər

Xəbər xətti