"Zirə"nin futbolçusu millidən ayrıldı

16:51 16 Noyabr 2015

"Zirə"nin hücumçusu Nelson Bonilya DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Kanadaya qarşı noyabrın 18-də keçiriləcək oyun öncəsi Salvador yığmasından ayrılıb. Sportarena.az xəbər verir ki, o, məşqçilər korpusundan vacib bir işi ilə əlaqədar bir günlük icazə istəyib.


Amma onun konkret hansı səbəbə görə yığmadan ayrıldığı bilinmir. Salvador yığmasının koordinatoru Ernesto Qoçes Lovo bildirib ki, Bonilya problemini yoluna qoyan kimi millinin düşərgəsinə qoşulacaq.

 

Qeyd edək ki, "Zirə"nin forvardı bundan öncə Meksikaya qarşı oyunun (0:3) iştirak ərizəsində yer alsa da, meydana çıxmaq şansı qazanmamışdı.


Digər xəbərlər

Xəbər xətti