"Bizim kimi onlar da qələbə qazanmaq istəyirlər" - Rahid Əmirquliyev

18:03 16 Noyabr 2015

Azərbaycan millisinin yarımmüdafiəçisi Rahid Əmirquliyev sabah Moldova yığması ilə keçiriləcək yoldaşlıq görüşü haqda danışıb. Sportarena.az xəbər verir ki, Moldova mətbuatına müsahibə verən Əmirquliyev oyunla bağlı sualları cavablandırıb.


- Moldova millisi haqda nə bilirsən?

- Rəqib haqda az məlumatım var. Onların bir neçə oyununu izlədim. "Avro-2016"nın seçmə mərhələsində son oyunlarını Rusiyaya qarşı keçiriblər. Moldova yığması pis komanda deyil. Asan görüş olmayacaq. Bizim kimi onlar da qələbə qazanmaq istəyirlər.

 

- Deyəsən, Moldova millisi rəqib kimi sizi motivasiya etmir?

- Xeyr, bu oyuna kifayət qədər motivasiyamız olacaq. Bəli, rəqib güclü deyil. Ancaq bu o demək deyil ki, qələbə qazanmamalıyıq. Qələbə elə qələbədir. Əhval-ruhiyyəmizlə bağlı heç bir problemimiz olmayacaq. (qol.az)


Digər xəbərlər

Xəbər xətti