Milli komandamız bu gün beynəlxalq yoldaşlıq oyunu keçirəcək. Sportarena.az xəbər verir ki, Robert Prosineçkinin rəhbərlik etdiyi kollektiv evdə Moldova seçməsini sınağa çəkəcək.
Millimiz ilin son sınağında rəqibini məğlub edərək, 2025-i major notlarla başa vurmağa çalışacaq.
Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 21:00-da başlayacaq. Matçı gürcüstanlı hakimlər briqadası idarə edəcək.
Beynəlxalq yoldaşlıq oyunu
17 noyabr
Azərbaycan - Moldova 2:1
Qollar: Katalin Karp, 32-avtoqol (1:0), Aleksandr Antonyuk, 45 (1:1), Ağabala Ramazanov, 49 (2:1)
Hakimlər: Laşa Silaqava, Zaza Pipiya, David Çiqoqidze (hamısı Gürcüstan), Rauf Cabbarov (Azərbaycan)
Bakı Olimpiya Stadionu.