Zədəli olduğu üçün vətənində bərpa kursu keçən "Qarabağ"ın braziliyalı hücumçusu Reynaldo Silva dekabrın 26-da vətənində xeyriyyə matçı təşkil etməyə hazırlaşır. Sportarena.az xəbər verir ki, qarşılaşma "Reynaldonun dostları" və "Valdivanın dostları" komandaları arasında baş tutacaq.
Oyun "Koarisi da Mata Fonseka" stadionunda keçiriləcək. Bu oyunu izləmək istəyənlər 5 ABŞ dolları və ya 1 kq ərzaq verməlidirlər. Xeyriyyə matçından götürüləcək gəlirin Braziliyadakı ehtiyacı olan imkansız şəxslərə paylanılacağı bildirilir.