Premyer Liqanın XIII turu çərçivəsində, noyabrın 22-də əzəli rəqibini qəbul edəcək “Xəzər Lənkəran” doğma şəhərdə məşqlərini davam etdirir. Sportarena.az xəbər verir ki, komanda noyabrın 15-də və 16-da gündə iki dəfə olmaqla məşq edib.
Qeyd edək ki, “Böyük oyuna” hazırlıq məqsədi ilə hər gün klubdaxili toplantılar keçrilir. Bu toplantılarda “Neftçi” ilə görüş öncəsi təşkilatlanmanın yüksək səviyyədə qurulması barədə müzakirə aparılır. (12cioyuncu.info)