AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədova UEFA-dan yeni təyinat gəlib.
Sportarena.az xəbər verir ki, o, Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 24-də, Borisov şəhərindəki Borisov Arenada keçiriləcək BATE (Belarus) - "Bayer Leverkuzen" (Almaniya) oyununda matçın direktoru (UEFA Venue Director) kimi fəaliyyət göstərəcək.