AFFA-dan "Neftçala"ya sərt cəzalar

14:08 17 Noyabr 2015

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Sportarena.az xəbər verir ki, İK birinci divizionun son turunun oyunlarını da müzakirə edib.

 

IX turun "Neftçala" – "Şəmkir" matçında meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 74-cü dəqiqəsində "Neftçala" klubunun 4 №-li futbolçusu Ramazan Həsənov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.

 

Bundan başqa, oyunun 90+1-ci dəqiqəsində "Şəmkir" klubunun 11 №-li futbolçusu İlham Allahverdiyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub. Oyunun 90+2-ci dəqiqəsində "Şəmkir" klubunun 6 №-li futbolçusu Rəhman Şabanov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı zaman azarkeşlərə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 3 cəzalanıb, klub 200 manat cərimə olunub.

 

Oyun başa çatdıqdan sonra "Şəmkir" klubunun 7 №-li futbolçusu Bəhruz Teymurov hakimi təhqir etdiyinə görə futbolçu 4 oyunluq cəzalanıb, klub 400 manat cərimə olunub.

 

Oyunun 74-cü dəqiqəsində "Neftçala" klubunun futbolçusuna göstərilən qırmızı vərəqədən sonra klubun baş məşqçisi Kamal Quliyev hakimə qarşı təhqir edici hərəkətə yol verib. İntizam Komitəsi oyunun video yazısını izlədikdən sonra aşağıdakı qərarı qəbul edir. "Neftçala" klubun baş məşqçisi Kamal Quliyev hakimə qarşı təhqiredici hərəkət etdiyinə görə 5 oyunluq cəzalanıb, klub 500 manat cərimə olunub.


Digər xəbərlər

Xəbər xətti