"Qarabağ"ın sabiq yarımmüdafiəçisi Muarem Muaremin şərəfini qoruduğu "Əskişəhərspor"un yeni baş məşqçisi müəyyənləşib. Sportarena.az xəbər verir ki, klub rəhbərliyi Samet Aybaba ilə anlaşıb. Təcrübəli mütəxəssislər sabah rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, Aybaba "Əskişəhərspor"un cari mövsümdə 3-cü baş məşqçisi olacaq. Ondan əvvəl komandanı Mixael Skibbe və İsmail Qartal çalışdırıb.