İtaliyada keçirilən K-1 üzrə dünya çempionatına yekun vurulub. Sportarena.az xəbər verir ki, təmsilçimiz Ziya Bayramov (80 kq) bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub. Yarımfinalda Polşa, həlledici görüşdə isə İsveç idmançısına nokautla qalib gələn Bayramov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Daha bir idmançımız Ramazan Abdullayev də komanda yoldaşının uğurunu təkrarlayıb. Yarımfinalda Almaniya, finalda isə İtaliya təmsilçisindən güclü olan Ramazan Abdullayev dünya çempionatının qızıl medalını qazanıb.