Universal döyüş növləri üzrə yığma komandamız 16-cı dünya çempionatına hazırlıq məqsədilə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə mərhələli şəkildə təlim-məşq toplanışlarında iştirak başa vurub.
Sportarena.az xəbər verir ki, daha sonra Rusiyanın Medin şəhərinə yollanan yığmamız döyüş növlərinin klassik və layt versiyaları üzrə keçirilən yarışda 12 idmançı ilə təmsil olunacaq. 50 ölkədən 300-dək idmançı qüvvəsini sınadığı turnirdə idmançılarımızın əsas rəqibləri Rusiya, Belarus, Rumıniya, İtaliya, Ukrayna, Gürcüstan komandalarının döyüşçüləridir.
Yarışda həmyerlimiz Elşən İsmayılov ölkəmizi beynəlxalq hakim kimi təmsil edəcək.
Xatırladaq ki, 2014-cü ildə keçirilən dünya çempionatında universal döyüşçülərimiz klassik və layt versiyası üzrə yarışlarda 4 qızıl, 4 gümüş, 3 bürünc medal əldə etmişdi. Qızıl medallardan 1-i klassik, 3-ü isə layt versiyasında əldə olunmuşdu.