Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov bu gün Milli Olimpiya Komitəsində keçirilmiş yubiley tədbirindən sonra jurnalistlərin suallarını cavablandırıb. Sportarena.az həmin müsahibəni təqdim edir
- Rəhbər kimi çoxlu çempionluqlar, qələbələr qazanmısınız. Sadıq Sadıqovun ən yadda qalan çempionluğu hansıdır?
- Sonuncu olaraq Bakıda ilk Avropa Oyunları keçirildi Orada idmançılarımızın qələbə qazanması bizi çox sevindirdi. İlk dəfə Azərbaycanda keçirilmiş Avropa Oyunları mənim yadımdan çıxmaz. Çox möhtəşəm bir tədbir idi və idmançılarımız da yaxşı çıxış etdi. Azərbaycan bir daha idman ölkəsi kimi tanındı.
- Yubileyinizdə gözlədiyiniz bütün təbrikləri eşitdiniz, yoxsa hansısa tədbir gəlib çıxmadı?
- Bu qədərini gözləmirdim, təbriklər çox oldu. "Neftçi" klubundan da təbrik etdilər. Müşahidə Şurasının sədri Çingiz Abdullayev zəng edib təbrik etdi. Elnur Məmmədov da zəng vurmuşdu və hamısına minnətdaram.
- Artıq bir müddətdir cüdodasınız. Hansı yeniliklər var?
- Azərbaycanda cüdo idman növünün böyük ənənəsi olub. Hamı bilir ki, cüdoda Olimpiya, dünya və Avropa çempionlarımız, mükafatçılarımız var. Biz cüdo ailəsinə dəstək olduğumuzu göstərdik. Ölkə Prezidenti göstərdi ki, Azərbaycan cüdosuna necə diqqət var. Əsas məqsədimiz 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanmaqdır. Söhbət 7 lisenziyadan qazanmaqdır. Bundan sonra olimpiadada Azərbaycanı layiqincə təmsil etməliyik. İnanıram ki, cüdoçularımızın böyük potensialı var. İdmançılarımız turnirlərdə çıxış edir və yüksək nəticə qazanır. Əsasən olimpiadaya lisenziya xalı verən yarışlarda çıxış edirlər.
- Keçmiş klubunuz "Neftçi"nin oyunlarına baxırsınız? Və hansısa dəyişikliklər gözləyirsiniz?
- İşlərin çoxluğu ilə bağlı o qədər də izləmək olmur. Cüdo ilə bağlı səfərlərdə oluruq, ancaq eşidirik, mətbuatdan izləyirik ki, bir az komanda büdrəyir. Yəqin ki, qış transferindən sonra futbolçu və məşqçilərlə bağlı məsələlər düzələcək. "Neftçi"nin
- Əsgər Abdullayevin baş məşqçi olacağını gözləyirdiniz?
- Xeyr. Ancaq deyə bilərəm ki, klubun Müşahidə Şurasında bir neçə nəfər ola bilərdi. Lakin bu Əsgər müəllimin qismətinə çıxdı və o da baş məşqçi oldu.
- Dəyişiklə bağlı nə deyə bilərsiniz?
- Komandada nəsə iş görülməlidir. Uğursuzluqlar komandanı həvəsdən salır. Hazırda komanda gənclərdən ibarət olduğu üçün mən onlarda gələcək görürəm. Bu gün komandada ab-havanı düzəltmək lazımdır ki, uğur qazanılsın.
- Rövnəq Abdullayev federasiyaya prezident təyin olmamışdan öncə ciddi problemlər vardı. Artıq maliyyyə və digər məsələlər həll olunub?
- Artıq bütün problemlər yoluna qoyulub. Azərbaycanda idmanın inkişafı sırf ölkə Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. Onun diqqət və qayğısı nəticəsində idmançılar belə uğur qazanır. Bir balaca problemlər vardı, onlar da Prezidentin göstərişi ilə öz həllini tapıb. İnanıram ki, bundan sonra idmançılar Azərbaycanı layiqli şəkildə təmsil edəcək.
Mənbə: sportnet.az