Almaniya və Hollandiya milliləri arasında keçirilməli olan yoldaşlıq görüşü təxirə salınıb.
Sportarena.az xəbər verir ki, buna səbəb oyundan əvvəl şəhərdə və stadionda şübhəli paketlərin tapılması olub. Hannover şəhərində keçirilməsi planlaşdırılan matçın bu səbəbdən keçirilməsi məqsədəuyğun sayılmayıb.
Qeyd edək ki, bu gün keçirilməli olan Belçika - İspaniya qarşılaşması da terror təhlükəsinə görə baş tutmayacaq.