Moldovanın baş məşqçisi: "Bizdə isə Azərbaycandakı kimi imkan yoxdu"

00:09 18 Noyabr 2015

“Yaxşı oyun oldu. İlk hissədə rəqib daha yaxşı oynadı”.

Sportarena.az xəbər verir ki, bu sözləri Moldova yığmasının baş məşqçisi Ştefan Stoyka deyib.
 
Bu gün millimizlə yoldaşlıq görüşü keçirən Moldova millisi meydandan 1:2 hesablı məğlubiyyətlə ayrılıb.
 
Matçdan sonra mətbuat konfransı keçirən Stoyka bunları əlavə edib: “Azərbaycan Futbol Federasiyasına bizə yaratdığı şəraitə görə minnətdaram. Bizimlə müqayisədə rəqibin qol imkanları daha çox oldu”.
 
Stoyka son vaxtlar Moldova yığmasında enişlə bağlı da fikirlərini bölüşüb: “Son vaxtlar yaxşı çıxış etmirik. Bu gün 5 əsas oyunçumuz yox idi. Hansı ki, onlar Türkiyə, Rusiya və Ukrayna çempionatında çıxış edirlər. Onların əvəzinə gənc futbolçulara şans verdik”.
 
Millimiz haqda müsbət fikirlər səsləndirən məşqçi bunları deyib: “Son vaxtlar Azərbaycan idmanı inkişaf edir. Bu, futbolda da özünü göstərir. İdmanınıza böyük investisiya qoyulur. Bu, sözünü deməli idi. Bizdə isə Azərbaycandakı kimi imkan yoxdu. Amma yenə də oyunumuzu düzəltməyə çalışırıq”.(apasport)


Digər xəbərlər

Xəbər xətti