"Avro-2016": Səbətlərin tərkibi müəyyənləşdi

10:41 18 Noyabr 2015

Dünən keçirilən 2 "pley-off" oyunu ilə Avropa çempionatının final mərhələsində iştirak edəcək bütün yığmalar müəyyənləşib. Sportarena.az xəbər verir ki, Fransanın ev sahibliyi edəcək yarışın püşkatma mərasimi dekabrın 12-də keçiriləcək.

 

Artıq səbətlərin tərkibi də müəyyənləşib. 24 ölkə hərəsində 6 olmqla 4 səbətə bölünüblər. Səbətlərin tərkibi bu cürdür:

 

1. Fransa, İspaniya, Almaniya, İngiltərə, Portuqaliya, Belçika

2. İtaliya, Rusiya, İsveçrə, Avstriya, Xorvatiya, Ukrayna

3. Çexiya, Polşa, Rumıniya, Slovakiya, Macarıstan, İsveç

4. Türkiyə, İrlandiya, İslandiya, Uels, Albaniya, Şimali İrlandiya


Digər xəbərlər

Xəbər xətti