"Neftçi"nin əsas heyətinin 8 futbolçusu milli komandaların son oyunlarında meydana çıxıb. Sportarena.az klubun saytına istinadən xəbər verir ki, onlardan 3-ü əsas, 5-i isə U-21 yığma komandasının formasını geyinib. Futbolçuların çıxışı ilə bağlı daha ətraflı məlumatı təqdim edirik:
AZƏRBAYCAN — MOLDOVA 2:1 (17 noyabr)
Aqil Məmmədov — 45 dəqiqə meydanda olub, qol buraxmayıb.
Rəhman Hacıyev — 63 dəqiqə meydanda olub.
Ruslan Qurbanov — 45 dəqiqə meydanda olub.
AZƏRBAYCAN (U-21) — RUSİYA (U-21) 3:0 (17 noyabr, AVRO-2017 seçmə mərhələsi)
Rahil Məmmədov — 90 dəqiqə meydanda olub.
Elşən Abdullayev — 90 dəqiqə meydanda olub, 1 qol vurub, 1 məhsuldar ötürmə edib.
Məqsəd İsayev — 90 dəqiqə meydanda olub.
Fəhmin Muradbəyli — 8 dəqiqə meydanda olub.
ALMANİYA (U-21) — AZƏRBAYCAN (U-21) 3:1 (13 noyabr, AVRO-2017 seçmə mərhələsi)
Rahil Məmmədov — 90 dəqiqə meydanda olub.
Elşən Abdullayev — 76 dəqiqə meydanda olub.
Məqsəd İsayev — 81 dəqiqə meydanda olub, 1 qol vurub.
Fəhmin Muradbəyli — 23 dəqiqə meydanda olub.