"Pley-off"a qaldığımız üçün tənqid olunurduq. Ancaq biz Danimarkanı mübarizədən kənarlaşdıraraq final mərhələsinə yüksəldik".
Sportarena.az xəbər verir ki, bu sözləri İsveç millisinin hücumçusu Zlatan İbrahimoviç deyib. Ulduz futbolçu "Avro-2016"nın "pley-off" mərhələsində Danimarka ilə cavab matçından (2:2) sonra fikirlərini bildirib.
"Danimarka ilə düşdüyümüz vaxt onlar məni təqaüdə göndərməyi düşünürdülər. Bir çox insan məni zəif və yaşlı hesab edirdi. Məğlub olsaydıq, millidəki karyeramı başa vuracağımı düşünürdülər. Ancaq mən bütün Danimarkanı təqaüdə göndərdim".