"Azərbaycan barədə söhbətimiz olub, amma detalları açıqlamaq istəmirəm" - Ramil Şeydayev

16:30 18 Noyabr 2015

Rusiyanın U-21 yığmasının Azərbaycan əsilli hücumçusu Ramil Şeydayev AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Bakıda millimizə qarşı keçirdikləri oyundan (0:3) sonra azerisport.az saytının suallarını cavablandırıb. Sportarena.az həmin müsahibəni təqdim edir:

 

- Komandanızın belə məğlubiyyətinə nə səbəb oldu?

- Sadəcə, bizim oyunumuz alınmadı. Bu cür məğlubiyyətin əsas günahı özümüzdədir.

 

- Hesab oyuna görə oldu?

- Bizim qol vəziyyətlərimiz oldu. Onları dəyərləndirə bilsəydik, hesab fərqli ola bilərdi.

 

- Bütövlükdə, Azərbaycan yığması qələbəyə layiq idi, ya komandamızın bəxti gətirdi?

- Bu suala cavab verə bilmərəm.

 

- Hazırda "Rubin"də icarə əsasında çıxış edirsiniz. Gələcək üçün hansı planlarınız var?

- Demək çətindir. Hələ ki, "Rubin"dəyəm. Hər şeyə yaxın gələcəkdə aydınlıq gələcək.

 

- AFFA rəsmiləri sizi Azərbaycan yığmasına dəvət etdiklərini, amma qəbul etmədiyinizi deyirlər. Bu, sizin Azərbaycan yığmasının formasını geyməyi arzulamadığınızdan xəbər verir?

- Bəli, məni Azərbaycan yığmasına dəvət ediblər. Amma qalan məsələlər barədə danışmaq istəmirəm.

 

- Əvvəllər Aleksandr Səmədova da oxşar təklif göndərilmiş, amma o, Rusiya yığmasını seçmişdi. Sizcə, o, düzgün qərar verib?

- Bilmirəm. Bu, Səmədovun qərarıdır. Onun öz həyatı var, mənim öz həyatım.

 

- Tarixi vətəninizin yığmasında oynamaqla bağlı valideynlərinizlə söhbət etmisiniz?

- Bəli, onlarla Azərbaycan yığması barədə söhbətimiz olub. Amma söhbətimizin detallarını açıqlamaq istəmirəm. Gələcək göstərəcək.


Digər xəbərlər

Xəbər xətti