Danimarka millisinin baş məşqçisi Morten Olsen istefa verib.
Sportarena.az xəbər verir ki, bu barədə o,AÇ-2016-nın seçmə mərhələsində İsveçlə cavab qarşılaşmasından (2:2) sonra keçirdiyi mətbuat konfransında bildirib. O, AÇ-2016-nın final mərhələsinə vəsiqə qazana bilmədikləri ilə istefa verdiyini açıqlayıb.
Qeyd edək ki, M.Olsen 2000-ci ildən Danimarka millisini çalışdırırdı.