Ötən mövsümün sonunda Bakı "İnter"ində yaşanan maliyyə problemləri səbəbi ilə bir çox legioner komandadan getmişdi.
Sportarena.az "sportal.az"a istinadən xəbər verir ki, bəzi legionerlər bir neçə aylıq maaşlarını ala bilmədiyinə görə, UEFA-ya şikayət edib. UEFA isə öz növbəsində paytaxt klubuna xəbərdarlıq edib və kluba borclarını ödəmək üçün dekabr ayına kimi vaxt verib. Əgər maaşlar ödənilməzsə, "İnter" I Diviziona yollana bilər.
Bu barədə qarşı tərəfin mövqeyini də işıqlandırmağa hazırıq.