Premyer Liqanın XIII turu çərçivəsində,noyabrın 22-də “Neftçi”ni qəbul edəcək “Xəzər Lənkəran” hazırlıqlarını davam etdirir.
Sportarena.az xəbər verir ki,Lənkəranda aramsız yağan və hətta bəzən leysan xarakteri alan yağış ehtiyat meydançanı bərbad vəziyyətə saldığından komanda noyabrın 18-də başqa məkanda çalışmalı olub. Belə ki, “ağ-yaşıllar” Lənkəran şəhəri İnşaatçılar qəsəsbəsində, Şəhidlər xiyabanı yaxınlığında yerləşən qapalı futbol meydançasında məşq edib.
Bir gün əvvəl millinin heyətində meydana çıxan Elşən Rzazadə də hazırlıq prossesinə qatılıb. Məşq saat 16:00-da başlayıb və bir saatdan çox davam edib. (12cioyuncu.info)