​G20 sammiti "Xəzər Lənkəran"ın planlarını pozdu

22:30 18 Noyabr 2015

Türkiyənin Antalya şəhərində keçirilmiş G20 ("Böyük İyirmilik") Sammiti "Xəzər Lənkəran" futbol klubunun planlarını pozub.
 
Sportarena.az xəbər verir ki, bu barədə "Report"a klubun vitse-prezidenti Tuyqun Nadirov məlumat verib.
 
O bildirib ki, adətən, komandanın qış təlim-məşq toplanışı ilə bağlı planları noyabrda müəyyənləşib. Lakin bu dəfə Antalyada "Böyük İyirmiliy"in bir araya gəlməsi komandanın toplanış keçirəcəyi otelin dəqiqləşməsinə imkan verməyib. Bu səbəbdən "Xəzər Lənkəran"ın Antalyaya nə vaxt gedəcəyi və hansı oteldə məskunlaşacağı noyabrın sonunda müəyyənləşəcək.
 
Qeyd edək ki, G20 Sammiti 15-16 noyabrda keçirilib. 


Digər xəbərlər

Xəbər xətti