Həmzə Həmzəoğlu ilə yolları ayıran “Qalatasaray” baş məşqçi vəzifəsinə Mustafa Dənizlini gətirəcəyi sözləri Türkiyə mətbuatını zəbt edib.
Sportarena.az xəbər verir ki, təcrübəli mütəxəssislə artıq razılıq əldə olunduğu bildirilir. Bugünlərdə klubun bunu ictimaiyyətə açıqlayacağı gözlənilir.
Qeyd edək ki, 2013/14 mövsümündə “Xəzər Lənkəran”ı çalışdıran Dənizli 1987-1989 və 1990-1992-ci illərdə “Qalatasaray”ın baş məşqçisi olub.