"Qarabağ"ın qrupdan çıxacağına inanıram" - Muarem Muarem

11:14 19 Noyabr 2015

"Qarabağ"ın sabiq yarımmüdafiəçisi Muarem Muarem Ağdam klubunun Avropa Liqasının qrup mərhələsindəki şanslarından danışıb. Sportarena.az xəbər verir ki, makedoniyalı futbolçu "azerisport.az" saytına açıqlamasında bunları söyləyib:

 

"Qarabağ"ın Avropa Liqasında və Azərbaycan çempionatındakı oyunlarını izləyirəm. Komandanın Fransa "Monako"suna Bakıda qalib gələ bilməməsinə çox məyus oldum. İnanıram ki, onlar "Tottenhem"ə qalib gələcəklər. "Qarabağ"ın qrupdan çıxacağına da inanıram".


Digər xəbərlər

Xəbər xətti