"İnter"in futbolçusu FİFA-ya müraciət etdi

10:29 19 Noyabr 2015

Bakı "İnter"inin müdafiəçisi Laşa Salukvadze FİFA-ya müraciət edib. Sportarena.az xəbər verir ki, gürcü müdafiəçi "Volqa"da oynadığı vaxt ona ödənməli olan pulu ala bilmədiyi üçün ali futbol qurumuna üz tutub.

 

Bu barədə açıqlama verən futbolçu bu işdə ona Rusiya Futbolçuların Həmkarlar İttifaqının sədri Nikolay Qrammatikovun kömək etdiyini deyib: "Artıq 4 ildir ki, belə davam edir. Biz FİFA və UEFA-ya müraciət etdik. İddiamız qəbul olundu. Ancaq mənə ödənməli olan vəsait hələ də verilməyib. Gözləyirik görək klub nə qərar verəcək. Bütün sənədlər mənim xeyrimədi".


Digər xəbərlər

Xəbər xətti