"İçki və siqaretə görə idmançını cəzalandırmaq səhvdi" - "Qəbələ"nin sabiq çalışdırıcısı

13:17 19 Noyabr 2015

"Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syomin Ali Məhkəmənin spirtli içki içən və siqaret çəkən futbolçuların cəzalandırılması, hətta qovulması ilə bağlı çıxardığı qərara münasibət bildirib. Sportarena.az xəbər verir ki, "İzvestiya" nəşrinə danışan təcrübəli mütəxəssis futbolçunun oyun və məşq prorsesindən kənarda bunları etdiyi üçün qovulmasının doğru qərar olmadığını vurğulayıb:

 

"Düşünürəm ki, idmançularüçün nəzərdə tutulan belə bir cəzadan söhbət belə gedə bilməz. İdmançı sərbəst insandı. Onun da məzuniyyəti, istirahət günləri var. İdmançını sərbəst vaxtlarda siqaret çəkib, içki içdiyinə görə cəzalandırmaq səhvdi. Ümumiyyətlə, bunu necəmüəyyən etmək olar ki, idmançı nə vaxt spirtli içki qəbul edib? Mətbuatda yayılan foto və videolar mübahisəli məqamdı. Çünki montaj da ola bilər. İdmançının spirtli içki içib ümumi rejimi pozması isə tamam başqa məsələdi. Onsuz da o, bunu edərkən özü-özünü cəzalandırır. Belədə birmənalı olaraq, onu heç kim komandada saxlmayacaq"


Digər xəbərlər

Xəbər xətti