Ukraynalı qapıçı İqor Litovka Rumıniyanın "Voluntari" klubuna keçmək üzrədir. Sportarena.az xəbər verir ki, ötən mövsüm Donetsk "Olimpik"i ilə yollarını ayırandan sonra çoxlu klubdan təklif almış qolkiper sonda Rumıniya çempionatında oynamağa qərar verib.
Maraq üçün qeyd edək ki, onunla maraqlanan klublar arasında Moldova "Şerif"i və Azərbaycanın "Neftçi" komandasının da olduğu bildirilir. "Ağ-qaralar" iyul ayında onu baxışdan keçirsələr də, sonda razılığa gələ bilməmişdilər.