"Tottenhem" 24 yaşlı futbolçunu bağışladı

16:45 19 Noyabr 2015

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən "Tottenhem"in yarımmüdafiəçisi Endros Taunsend yenidən əsas komandaya qaytarılıb.

 

Sportarena.az xəbər verir ki, məşqçilər korpusu ilə mübahisə etdiyi üçün əvəzedici heyətə göndərilən 24 yaşlı futbolçu Premyer Liqanın 13-cü turunda qarşılaşacaqları "Vest Hem"lə oyunun hazırlıqlarına qoşulub.

 

Qeyd edək ki, ingilis futbolçu cari mövsüm "Tottenhem"in heyətində cəmi 3 oyunda çıxış edib.


Digər xəbərlər

Xəbər xətti