"Neftçi"nin sabiq baş məşqçisi Böyükağa Hacıyev paytaxt klubundakı son olaylara münasibət bildirib. Sportarena.az xəbər verir ki, o, "azerisport.az" saytına açıqlamasında bunları söyləyib:
"Samir Əliyevin istefasını gözləyirdimmi? İndi "Neftçi"dən hər şey gözləmək olar. Samir Əliyevə uğurlar arzu edirəm. Əsgər Abdullayevin təyinatı normaldı. Çünki, o artıq klubun içində idi. Eşitdiyimə görə rəhbərlik əcnəbi məşqçi axtarır. Mən məsləhət görərdim ki, əvvəlcə heyət üçün 18 futbolçu axtarardılar. Sonra baş məşqçi taparlar. Bu heyətlə heç bir məşqçi uğur qazanmayacaq. Ortada yalnız Araz Abdullayev görsənir. Abdullayev məgər sehrbazdır ki, təkbaşına hamıya qalib gəlsin".