"Qalatasaray" seçim qarşısında: Ya Dənizli, ya Favr

19:01 19 Noyabr 2015

Həmzə Həmzəoğlunun gözlənilməz istefasından sonra baş məşqçi postu boş qalan "Qalatasaray"ın gündəmində 2 mütəxəssisin adı var.

 

Sportarena.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul nəhənginin sükanı arxasına keçməyə birinci və ən real namizəd Mustafa Dənizlidir. Klub prezidenti Dursun Özbək xüsusilə sabiq "Xəzər Lənkəran"lının komandanın sükanı arxasına keçməyini istəyir.

 

Bu posta digər namizəd isə Münhenqladbax "Borussiya"sının keçmiş çalışdırıcısı Lyusyen Favrdır. Ancaq Dənizlinin mümkün təyinatı isveçrəli mütəxəssisə nisbətən daha yüksək qiymətləndirilir.


Digər xəbərlər

Xəbər xətti