"Qarabağ" rəhbərliyi "Tottenhem"lə oyunun biletlərini ucuzlaşdırdı

21:40 19 Noyabr 2015

Noyabrın 26-da "Qarabağ"ın İngiltərə "Tottenhem"i ilə keçirəcəyi Avropa Liqasının qrup mərhələsinin oyunu üçün biletlər noyabrın 23-dən satışda olacaq. 

Klubdan "Report"a verilən məlumata görə, qiymətlər əvvəlki oyunlarla müqayisədə ucuzdur. 

Oyunu tribunadan izləmək istəyənlər 1 və 2 manata bilet ala biləcəklər. Həmin biletləri stadionun 3/4 hissəsini əhatə edən sektorlara almaq mümkün olacaq. Birinci dərəcəli biletlərin qiyməti 5 və 10 manatdır. Oyunu VİP-dən izləmək istəyənlər isə 50 manatından keçməli olacaqlar. 

Qeyd edək ki, noyabrın 26-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Tottenhem" oyunu saat 22:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti