Muaremin "Qarabağ"a yolu açılır: Qurban Qurbanov istəsə...

10:00 20 Noyabr 2015

Türkiyə Super Liqasında çətin günlər keçirən "Əskişəhərspor" klubunda növbəti ayrılıq gerçəkləşib.

 

Sportarena.az xəbər verir ki, komandanın heyətində 10 oyuna 5 qol vuran yunanıstanlı hücumçu Teofanis Gekasla müqavilə qarşılıqlı şəkildə pozulub. Mənbədə bildirilir ki, mövsümün əvvəlində "Qarabağ"dan transfer edilən makedoniyalı futbolçu Muarem Muarem ilə də müqavilə pozulacaq. 27 yaşlı futbolçu "Əskişəhərspor"un heyətində 2 oyun keçirib.

 

Makedoniyalı yarımmüdafiəçi iləmüqavilə pozulsa, o, sərbəst futbolçu statusu alacaq və belədə "Qarabağ"a rahatlıqla transfer ola bilər. Elə özü də son müsahibəsində Ağdam klubundan ayrıldığı üçün peşmanlığını dilə gətirmişdi. Ancaq Muaremin Ağdam klubunu qayıda bilməsi təkcəonun özündən asılı olan məsələ deyil. Bunun üçün Qurban Qurbanovun da razılığı lazımdı.

 

Xatırladaq ki, Muarem Muarem 2012-2015-ci illərdə "Qarabağ"ın şərəfini qoruyub.


Digər xəbərlər

Xəbər xətti