Millimizin üzvü sağaldı

10:40 20 Noyabr 2015

Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarov zədəsini sağaldıb.

 

Sportarena.az xəbər verir ki, o, Almaniya 2-ci Bundesliqasının 15-ci turu çərçivəsində "Karlsrue"nin "Sandhauzen"ə qarşı keçiriləcək oyununda iştirak edə biləcək.

 

Bir müddət zədədən əziyyət çəkən futbolçu hətta yığmamızın Moldovaya qarşı yoldaşlıq oyununu da buraxmaq məcburiyyətində qalmışdı. Amma Almaniya mətbuatı futbolçumuzun artıq problemini geridə qoyduğunu və "Karlsrue"nin əsas komandası ilə məşqlərə başladığını bildirir.

 

Qeyd edək ki, "Karlsrue" hazırda 19 xalla 9-cu pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti