"Qarabağ”ın sabiq futbolçusu – hazırda Türkiyə PTT I Liqa təmsilçisi "Göztəpə”də forama geyinən Leroy Corc komanda yoldaşı Jean Qosso ilə birlikdə komanda yoldaşlarına və məşqçi heyətinə kiçik sürpriz ediblər.
Sportarena.az xəbər verir ki, hər iki futbolçu "Samsunspor”la oyunöncəsi komandadakı əhval-ruhiyəni yüksəltmək üçün komanda yoldaşları və məşqçilər heyətinə qonaqlıq verib.